Ruhi Əliyeva
saytında xoş gördük

Bu saytda haqqımda ətraflı məlumat əldə edə və gördüyüm işlərlə tanış ola bilərsiniz.

Haqqımda

Mən kiməm?

Ruhi Əliyeva kimdir?...

Ruhiyyə (Ruhi) Əliyeva[4] [5] 1977-ci ilin 8 mart tarixində Azərbaycanın Tovuz şəhərində yerləşən Aşağıeyyublu kəndində dünyaya göz açıb. Ziyalı ailəsində doğulan Ruhi, 1983-cü ildə Tovuz şəhəri, adıçəkilən kənddə yerləşən 2 saylı tam orta məktəbə daxil olub. Orta məktəbi bitirib. Ruhi peşəkar səhnəyə 2007-ci ildə gəlib. Elə həmin ildə onun ilk mahnı və klipi işıq üzü görüb. 2009-ci ildə R.Əliyeva ilk və yeganə albomunu oxucu kütləsinə təqdim edir. Ramiz Rövşənin müəllifi olduğu “Mən sənsiz ölmədim” şeiri öncə mahnıya, ardınca klipə və sonra 12 musiqi parçasından ibarət diskə çevrilir. Ruhi Əliyevanın bu gün də sevərək dinlədiyimiz “Sevdim”, “Mən ölərəm”, “İki damla”, “Güllərim soldu” və bir neçə maraqlı ifaları var. Hazırda onun 10-a yaxın klipi mövcuddur. Ruhi həm də “Dəb İkonası” təxəllüsü ilə tanınır. Belə ki, o, 2008-ci ildə dünyaca məşhur “Best Model of the World” yarışmasının Azərbaycan üzrə təsisçisi olub. Layihənin qalibini şəxsən özü mükafatlandırıb. Dəb aləm ilə geniş maraqlanan R.Əliyeva bir neçə televiziya layihəsini də həyata keçirib. O, ATV kanalında yayımlanan “Özünə bax” və “DəbSiz” verilişlərinin aparıcısı və müəllifi olub. Ruhi Əliyeva “Qrand”, “Uğur Zirvəsi” kimi saysız-hesabsız mükafatların sahibidir.

Fəaliyyətim

Gördüyüm işlər

  • News24.az

    Daha Ətraflı
  • Olay.az

    Daha Ətraflı
  • MRH Agency

    Daha Ətraflı
  • Emerald Butik

    Daha Ətraflı
Video

Çıxışlarım

Xəbərlər

Mediada

  • Daim şəhid və qazi ailələrini diqqətdə saxlayan iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bu dəfə Ramazan Bayramını qazilərlə birgə keçirib.

    News24.az-ın məlumatına görə, bayram tədbirində 80-ə yaxın qazi ilə yanaşı Vətən Müharibəsi qəhrəmanı, XTQ-nin baş leytenantı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli də iştirak edib.

    Xalq artistləri Könül Xasıyeva, Fidan Hacıyeva, Əməkdar artist Anar Şuşalı, müğənni Elnur Məmmədov, Ayaz Qasımov və qiraətçi Xəzər Süleymanlı bayramı qazilərlə keçirmək üçün tədbirə gəlib.

    Azərbaycanın himni ilə açılan tədbirdə öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. 

    Daha sonra iş xanımı Ruhi Əliyeva söz alıb: “Mənim əziz qardaşlarım, Vətən fədailərim. Canı-qanı ilə bu torpağı qoruyan cəsur, igid həmvətənlərim. Özündə rəhmət, bərəkət, sevgi, barış, paylaşmaq kimi neçə-neçə hikmətləri birləşdirən bu müqəddəs ayın bu özəl günündə sizlərlə görüşmək mənim üçün ikiqat bayramdır. Çünki mənə görə Vətənə sevgi, torpağa, yurda bağlılıq çox böyük iman, qutsal görəvdir. Sizlər həm Allah, həm Vətən qarşısında öz borcunu hər kəsdən daha yüksək, daha candan ödəmiş insanlarsız.

    Bu gün sizin sayənizdə biz bayramlar qeyd edirik. Məhz sizin sayənizdə firavan, rahat həyatımızı yaşaya bilirik. Bu bəxtəvərliyi, bu məsud yaşamı siz və bu torpaq üçün canından keçib şəhadətə yüksələn oğullarımız və Ali baş komandanımız İlham Əliyev bəxş eləyib. Bu xalq, bu millət, bütöv Azərbaycan bu gün sizin bu fövqəl ənəllərinizin qarşısında baş əyir, sizə dərin məmnunluğunu, etiramını bildirir. Mən bir azərbaycanlı ana, xanım kimi hər zaman sizlərlə fəxr edirəm. Qürur duyuram ki, oğullarımın sizin kim əmiləri, dayıları var".

    Bizə bu böyük Zəfəri yaşadan, qələbə sevincini daddıran hər bir qardaşımıza, əsgərimizə, zabitimizə, hərbçimizə, Vətən oğullarımıza dərin minnətdarıq. Sizlərə eşq olsun! Bayramlar da, sevinmək də hər kəsdən çox sizin haqqınızdır".

    Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova təşkilatçılığa görə iş xanımı Ruhi Əliyevaya öz təşəkkürünü bildirib: “Ruhi Əliyeva hər zaman şəhid və qazi ailələrinin yanında olub. Xüsusi təşəkkürümü bildirirəm. Şəhid və qazi ailələrinə dəstək olan insanın adı hər zaman ürəyimin başındadır.  Hər bir kəs bu əməllərdən nümunə götürməlidir. O, doğrudan da əsl azərbaycanlı xanımıdır. Çox sağ olun ki, məni igid qardaşlarımla birgə Ramazan süfrəsinə dəvət etmisiniz”.

    Qazilər də tədbirdə fikirlərini bölüşüb. Onlar R.Əliyevaya təşəkkür edərək səngər dostlarını gördükləri üçün şad olduqlarını bildiriblər: “Hər nə olursa olsun, ilk və son sözümüz Vətən sağ olsun!”

    Sonra söz verilən şəhid atası Asəm İbrahimli göz yaşları ilə çıxış edərək hər kəsi kövrəldib: “Mən bir yox, üç min balamı itirdim. Bu gün Adil həyatda olmasa da, sizin kimi qardaşları olduğu üçün şadam. Ruhi xanıma da çox təşəkkür edirəm ki, məni bu igid oğullarımla görüşdürdü”. 

    Şəhid atasının sözlərindən təsirlənən xanəndə Xalq artisti Könül Xasıyeva qazilərin xahişi ilə şəhidlərimizdən birinin sağlığında dilədiyi arzunu reallaşdırıb. O, “Xatırlayarsan məni” mahnısını canlı ifa edib.

    Ardınca qazi Ziya Səlimov şəhidlərin xatirəsini anıb, “Xudayar təsnifi”ni ifa edib.

    Tədbirin sonunda qazilər və tədbir iştirakçıları Xalq artisti Fidan Hacıyeva ilə birgə “Azərbaycan” mahnısını oxudular.

    Müxbir: Məhərrəm Əliyev
    Foto: Teymur Məmmədov
    Video: Nicat Niftəliyev
    Hüseyn Həsənov
    Nurlan Gülməmmədov

    Paylaş:
  • 25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günüdür. 

    News24.az xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qadına şiddətə son” adlı tədbir – Dəyirmi Masa həyata keçirilib.

    Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan Dəyirmi Masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edib. 

    Tədbirdə “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də, millət vəkilləri Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Jalə Əliyeva, Fazil Mustafa, Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli, Tibb üzrə Fəlsəfə doktoru İlahə Quliyeva, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, psixoterapevt Elmir Əkbər və  aparıcı media qurumlarının kapitanları çıxış edib müzakirələr aparıblar.

    Bunlarla yanaşı, mövzunu əhatə edən videoroliklər, Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşanın nümayiş olunub.


    Paylaş:
  • İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva növbəti dəfə şəhid anaları ilə bir araya gəlib. Onlar üçün iftar süfrəsi açan iş xanımı süfrədəki təamları öz əli ilə hazırlayıb. Şəhid anaları ilə yanaşı iftar süfrəsinə ilahiyyatçı Hacı Şahin Həsənli, millət vəkili Fazil Mustafa və xalq artisti, muğam ifaçısı Fərqanə Qasımova da qatılıb.

    News24.az xəbər verir ki, iftar süfrəsində hər kəsə təşəkkür edən Ruhi Əliyeva öncə bunları deyib: “Ramazan ayı sevincdir, müjdədir, mükafatdır, yaradanın bəndəsinə lütfüdür. Bu ayda o, öz sevgisindən, nurundan yer üzünə daha çox pay göndərir, deyirlər. Yaradan istər ki, hər kəs ruhunu, nəfsini tərbiyə eləsin, hər kəsin könlündə barış, mehribanlıq, paylaşmaq və şükranlıq hissləri olsun. Ələlxüsus, bu mübarək ayın iftarını Vətən torpaqlarının bütövlüyü üçün canını qurban edən oğulların yadigarları ilə birgə keçirmək bir onur, bir fəxarətdir. Bu gün bura təşrif buyuran şəhid anaları bizi, süfrəmizi  şərəfləndiriblər”.

    Daha sonra o, bildirib ki, şəhid anası olmaq hər kəsə nəsib olmayan bir məqamdır: “Övladını alnından öpüb, Vətən üçün qurban olmağa yola salan böyük ürəkli analar, dəyərli bacılar! Ramazan ayında sizlərlə birgə olmağın xoşbəxtliyi bir başqadır. Türk xalqı tarix boyunca hər zaman Vətən, millət, bayraq və inancları üçün ömrünü fəda etməyi, şəhid olmağı bacarıb. Bu ənənəni, bu cəsurluğu o oğullara  siz aşılamısız. Onlara Vətən sevgisini, torpaq eşqini siz öyrətmisiniz.  Sizin və o mərd oğulların sayəsində bu gün alnımız açıq, üzümüz ağdır”.

    İş xanımı qeyd edib ki, şəhid ailələri, əzizləri dövlətimiz və millətimiz üçün hər zaman dəyərlidir: “Dövlət başçımız cənab İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva şəhid analarına, şəhid ailələrinə xüsusi həssaslıqla, sevgi və sayğı ilə yanaşır. Onların həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həllinə xüsusi diqqət göstərir. Təbii ki, biz də bu addımların davamı, bu  örnək əməllərin ardıcılı olaraq daim şəhid yaxınlarının yanında olmağa çalışırıq. Şəhid anaları bizim baş tacımız, qürurumuz, əbədi borclu olduğumuz şəxslərdir”.

    İftar süfrəsində günün iftar duasını səsləndirən ilahiyyatçı Hacı Şahin “Hədisi qüdsi”dəki bir deyimi xatırladıb: "Bir kəlam var, orda deyilir ki, şəhid ailələrinin içində şəhidin canişini mənəm. Görün, şəhidin adı nə qədər ucadır ki, Allah deyir, şəhidi əvəz edən mənəm. Hər kim şəhid ailəsini sevindirsə, məni sevindirər, kim onları narahat etsə, məni narahat edər. Yəni Allah şəhid ailəsinin həm sevincini, həm də kədərini özünə aid edir. Müharibələrin bir qazancı, bir xeyri o ola bilər ki, Allah xalqın içində gizlətdiyi dostlarını bizə tanıtdırır. Belə hadisələrdə Allah şəhidləri xalqın içindən seçir. Bu mənada hər bir şəhid Allahın xalqa mükafatıdır. Bəzi insanlar o qədər yaxşıdır ki, Allah onların əməllərinə qarşılıq mükafat vermək istəyəndə düşünür ki, dəyərcə az olar. Onlara yaxşılığının qarşılığı olaraq belə bir nemət nəsib edir, Vətən uğrunda, haqq uğrunda onların doğmaları qurban gedir. Bu, asan məsələ deyil. Hər kəsin qurban qəbul olunmaz. Bu məqam hər kəsə nəsib olmaz”.

    “Bu övladlar hamımızın balasıdır. Hamımız üçün ağırdır”. Bunu isə millət vəkili Fazil Mustafa bildirib. “Amma “sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?” Kimimizsə qurban olmalıyıq ki, torpağın qorunmasını təmin edək. Bizim tanımadığımız uşaqlar bir günün içində qəhrəmana çevrildilər. Onların sayəsində biz bu rahatlığı əldə eləmişik. Dövlətin başı ucaldı, xalqın başı ucaldı. Onların ruhu qarşısında baş əyirik”, - deyə millət vəkili qeyd edib.

    “Ana” mahnısı ilə tədbirdəkiləri kövrəldən Xalq artisti Fərqanə Qasımova isə deyilən fikirlərə bunları əlavə edib: “Həqiqətən də sizlər seçilmiş bəndələrisiz ki, Allah övladlarınızı belə yüksək məqama ucaldıb. Mən şəhid adına açılan süfrələrə müqəddəs süfrə kimi baxıram. Yediyimiz bütün təamlar cənnət meyvəsi kimi dadır. Çünki burada şəhidlərin ruhu, onların adı var. Süfrə şəhidlərin adına xatir açılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

    Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxundu.

    FOTO: Teymur Məmmədov
    VİDEO: Hüseyn HƏSƏNOV
    MONTAJ: Adil AĞAYEV
    Paylaş:
Təklif və şikayətlər üçün

Əlaqə

  • [email protected] Həftə içi hər gün saat 09:00 dan - 19:00 dək əlaqə saxlaya bilərsiniz
    Liatris Holding: +994 12 498 17 77

Aşağıda göstərilən xanaları doldurun
və mən özüm Sizinlə əlaqə saxlayacam

Bütün xanaları doldurun